İsveç parlamenti əsgərlərin sayını artırmağı tövsiyə etdi
İsveç Parlamentinin Müdafiə Komitəsi öz hesabatında ölkənin illik müdafiə xərclərini və əsgərlərin sayını artırmağı tövsiyə edib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, komitə ölkənin NATO-ya üzvlüyündən sonra müdafiə ilə bağlı tövsiyə hesabatı dərc edib.
Hesabatda İsveçin illik müdafiə xərclərinin 2030-cu ilə qədər təxminən 5 milyard dollar artırılması nəzərdə tutulub.
Həmçinin silah altında olan əsgərlərin sayının 2032-ci ilə qədər təqribən 8 mindən 12 minə çatdırılması vacibliyi bildirilib.
PUA təhlükələrinə qarşı hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və raketlərin alınması da prioritetlər siyahısında yer alıb.
“İsveç və ya onun müttəfiqlərinə qarşı hücum qaçılmazdır”, - deyə, hesabata daxil edilən bəyanatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət