Slimfit
  1. TARİX

İsveç arxeoloqları vikinqlərin qayıq-məzarlarını tapıblar

İsveç arxeoloqları vikinqlərin qayıq-məzarlarını tapıblar
Sakura

İsveç arxeoloqları vikinqlərin qayıq-məzarlarını tapıblar

İsveç arxeoloqları bu ölkənin Qamla Uppsala qəsəbəsində vikinqlərin iki qayıq-məzarını tapıblar. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, qəbirlərdən biri qədim vəziyyətində qalıb və içərisində insan, it və at cəsədlərinin qalıqları var.

İsveçin Milli Tarix Muzeyləri Agentliyinin ekspertlərinin rəyinə görə, arxeoloji ekspedisiyanın üzvlərinin planda nəzərdə tutulmuş qazıntılar apardığı zaman torpağın altından tapdıqları iki qədim qayıq-məzar tarix elminə yeni töhfələr verəcək. Ekspedisiya qrupunun məlumatında qeyd olunub ki, Arkeologernasaid adlanan yerdə tapılmış qayıq-məzarlar eramızın 550-800-cü illərinə - Vendel dövrünə (vikinqlərin Uppsala ərazisinə köç etdiyi dövr) və eramızın 800-1050-ci illərinə (Vikinqlər dövrü) aiddir. Tarixi mənbələrə görə, həmin dövrlərdə ölən insanların çoxu kremasiya olunurdu, ən şöhrətli sərkərdələri isə qayıqlarda dəfn edirdilər.

Arxeoloq Anton Seiler mətbuata açıqlamasında qeyd edib ki, vikinqlərdə ölülərin yandırılması ayini geniş yayılsa da, tapılan qayıq-məzarlar kiçik bir qrupa aid olan insanlara məxsusdur. Onun sözlərinə görə, qəbirlərdə olan cəsəd qalıqları vikinqlərin sərkərdələrinə aid olub. Arxeoloqlar qayıqlarda qılınc, naxışlı daraq, nizə və qalxan da aşkar ediblər. Qədim inanclara görə, vikinqlər ölən sərkərdənin bu əşyalardan və atından Odinin (Skandinaviya tanrısı) hüzurunda da istifadə edəcəyinə inanırdılar. Qayıqlardan digəri isə dağılmış vəziyyətdədir. Onun XVI əsrdə bu ərazidə aparılmış qazıntı işləri zamanı zərər gördüyü ehtimal olunur.

Arxeoloqlar qrupunun bu ərazidə qazıntılara ötən ilin payızında başladıqları, lakin şaxtalı havalar səbəbindən yarımçıq qoyduqları bildirilir. İyun ayında yenidən başlanan ekspedisiya 50 illik fasilədən sonra yenidən vikinqlərin qayıqlarını aşkar edə bilib. Onlar müasir texnologiyanın imkanlarından istifadə edərək bu tapıntılardan vikinqlərin tarixi üçün əlavə qiymətli faktlar əldə edilməsinə səy göstərəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR