Slimfit
  1. AZƏRBAYCAN

İstismar müddəti bitmiş və başqa ölkələrdə istifadəsi qadağan edilmiş avtomobillərin sayı Azərbaycanda 3 dəfə artıb

İstismar müddəti bitmiş və başqa ölkələrdə istifadəsi qadağan edilmiş avtomobillərin sayı Azərbaycanda 3 dəfə artıb
Sakura

İstismar müddəti bitmiş və başqa ölkələrdə istifadəsi qadağan edilmiş avtomobillərin sayı Azərbaycanda…

 

Son 3 ildə Azərbaycanda istehsal olunduğu ölkədə istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Belə nəqliyyat vasitələrinin 40 faizinin müəyyən müddətdən sonra tullantıya çevrildiyini deyən nazirlik rəsmisi qeyd edib ki, hesablamalara görə, 1991-92-ci illərdə Azərbaycanda atmosferə atılan tullantıların 85-90 faizi stasionar mənbələrin, yəni sənaye müəssisələrinin, az hissəsi isə nəqliyyat vasitələrinin payına düşürdü. Bu gün isə bunun əksi olaraq, ölkədə atmosferə atılan zərərli qazların çox hissəsi - 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür:

“Sənaye müəssisələrinin daha mütərəqqi texnologiyalar əsasında yenidənqurulması nəticəsində ətraf mühitə daha az tullantı buraxılır. Buna görə də indi əsas problem avtomobillərin formalaşdırdığı zəhərli qazlardır. Nəqliyyat vasitələrinin ətraf mühitə böyük həcmdə zərərli qaz ayırmasının səbəbləri də müxtəlifdir”.

Həmin səbəbləri açıqlayan M.Qənbərov qeyd edib ki, Azərbaycanda əhalinin maddi rifah səviyyəsi yüksəldikcə avtomobil alan şəxslərin sayı da artır.

Onun sözlərinə görə, bu gün Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 80 faizdən çoxu işlənmiş, ekoloji tələblərə uyğun gəlmədiyindən istifadə olunduğu ölkələrdə istismarına qadağa qoyulan maşınlardır.

Həmin avtomobillərin ətraf mühiti çirkləndirdiyini deyən ETSN rəsmisi əlavə edib ki, inkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, maşınların ekoloji tələblərə uyğun olması tələbi qoyulur, onlar ətraf mühit üçün problem yaratdıqda istismardan çıxarılır.

 

M.Qənbərov bildirib ki, köhnəlmiş nəqliyyat vasitələri yalnız ekoloji fəsadlar yaratmırlar, onlar həm də qəza hallarının baş verməsinə səbəb olurlar:

“Buna görə əhali problemin mahiyyətini dərk etməlidir. Onlar belə avtomobillərin hansı fəsadlara yol açdığını başa düşməlidirlər. Hər bir insan özü dərk etməlidir ki, belə nəqliyyat vasitələrini istifadə etməmək etməkdən daha yaxşıdır. Çünki bu maşınlar sağlamlıq üçün birbaşa təhlükədir, çox yanacaq sərf edir, texniki xidməti baha başa gəlir. Digər tərəfdən, bu avtomobillər tez-tez qəza halları yaradır, indi hiss etmədiyimiz təhlükələlərin yaranmasına səbəb olur. Sonda bunların utilizasiyası da bir problemdir”.

Nazirlik rəsmisi bildirib ki, dünya təcrübəsində köhnə avtomobillərin istifadəsinin qarşısının alınması üçün kompleks tədbirlər görülür.

O həmin təcrübəyə əsaslanaraq, təklif edir ki, bunun üçün ilk növbədə ekoloji baxımdan istismara yararsız avtomobillərin Azərbaycana idxalını məhdudlaşdırmaq və qadağa qoymaq olar:

“Xarici ölkələrdə belə maşınların şəhərin mərkəzinə daxil olmasına məhdudiyyət və ya qadağa qoyulur, belə nəqliyyat vasitələrinin alınması, texniki baxışı zamanı müəyyən vaxt və qiymət həddi qoyulur. Məsələn, təzə maşınlar 5 ildən bir, köhnə maşınlar hər il texniki baxışdan keçirilir. Digər tərəfdən, təzə avtomobilin rüsumu daha ucuz, köhnə maşınınkı yüksək olur. Ona görə də bu gün Azərbaycan reallıqları nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməli, problemlərin həlli istiqamətindən müzakirələr keçirilməlidir. Insanlar maşın aldıqda iqtisadi amillərlə yanaşı, nəqliyyat vasitəsinin ekoloji göstəricilərini də nəzərə almalıdırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR