İstirahət mərkəzlərində ödəmə qəbizlərin heç birinin hüquqi qüvvəsi yoxdur, ekspert deyir
Son zamanlar bəzi istirahət mərkəzlərində qəbzlərin verilməməsi ilə bağlı tendenasiya yaranıb. Pulun ödənilməsi ilə bağlı verilən təstiq edici sənədin heç bir hüquqi qüvvəsi yoxdur.
Vergilər Nazirliyi vətəndaşlardan xahiş edir ki, pulu ödədikdə qəbz alın. Alınan qəbzlərin heç biri Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğun deyil. Belə olan halda qəbz etibarsız sayılır. Bəs bunun günahı kimdədi? Qismən də olsa Vergilər Nazirliyi də məsuliyyət daşıyır. Çünki yalnız bu ildən onlayn kassa aparatlarının tətbiqinə başladıqda 50.8 maddənin (Vergilər Məcəlləsinin) tələbləri ödəniləcək.
Bu günə kimi bu maddə aktiv olsa da, işləmə mexanizmi mövcud olmayıb. Belə görünür ki, verilən bəzi qəbzlər saxta olub. Yəni 50.8 maddənin tələbinə uyğun deyilsə deməli, qanuna uyğun deyil. Bundan əlavə bəzi istirahət mərkəzləri öz havadarlarına arxayın olaraq ümumiyyətlə, qəbz verməkdən boyun qaçırırlar.
Bunu əcəb edirik deyib, vergidən yayınırlar. Anar İmanov qeyd edir ki, istirahət mərkəzlərinin birində yoldaşlarımla birlikdə oturub nahar edirdik, sonda hesabla bərabər qəbz istədim. Qəbz verməmək üçün o qədər danışdılar ki, sonda əsəbləşdim. Dedim şikayət edəcəm. Dedilər kimə istəyirsən de. Sonda VN şikayət etdim. Belə faktlar çoxdur. Amma həlli məsələsi nə vaxt olacaq bunu zaman göstərər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət