Dərc edildi: Baxış sayı: 379
İstintaqdan Priqojinin ölümü ilə bağlı açıqlama
Rusiya İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümünü rəsmən təsdiqləyib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
“Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojin də var”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, avqustun 23-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” təyyarəsi qəzaya uğrayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət