Slimfit
  1. İQTİSADİYYAT

İstilik tariflərinin artırılması ilə bağlı rəsmi - Hazırda hesablamalar aparılır

İstilik tariflərinin artırılması ilə bağlı rəsmi - Hazırda hesablamalar aparılır
Sakura

İstilik tariflərinin artırılması ilə bağlı rəsmi - Hazırda hesablamalar aparılır

Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır və bu da onun sosial əhəmiyyəti ilə bağlıdır.

Bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, həmin zərər müəyyən formada aradan qaldırılır: "Məncə, hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Qurum rəsmisi, həmçinin tariflərin artırılması ilə bağlı məsələyə də münasibət bildirib:

"Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək. Biz bu barədə heç bir aidiyyəti quruma müraciət etməmişik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR