Slimfit
  1. CƏMİYYƏT

İstifadəyə yararsız 151 kq ət aşkar edilib

İstifadəyə yararsız 151 kq ət aşkar edilib
Sakura

İstifadəyə yararsız 151 kq ət aşkar edilib

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 9-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib. 



Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülüb. Ətlərdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR