Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İsti havalarda halsız olanlar, buna əməl edin

İsti havalarda halsız olanlar, buna əməl edin
Sakura

İsti havalarda halsız olanlar, buna əməl edin

Soyuq aylardan sonra isti havalar insana enerji versə də,  bunu hər kəsə aid etmək olmur.

Belə ki, yay mövsümündə bəzi insanlarda halsızlıq, yorğunluq, yuxuya meyl, diqqət əskikliyi, oynaq ağrıları kimi problemlər yaranır.

Yay mövsümündə yaşanan yorğunluğu necə aradan qaldırmaq olar?

Psixoloq Rübabə Mərdanova Redaktor.az-a açıqlamasında bildirib ki, bu mövsümdə xüsusən gərgin çalışan, stressi yüksək olan və depressiyaya meyilli insanlarda yorğunluq müşahidə olunur:

“Havanın insanın əhvalına, psixoloji durumuna təsiri danılmazdır. Buludlu hava əksər insanı kədərləndirsə də, günəşli hava neqativ duyğuları, yorğunluğu azaldır. Lakin davamlı günəş enerjisinə məruz qalmaq, temperaturun normadan artıq yüksəlməsi insanların aqressivləşməsinə səbəb ola bilir. Yəni, isti hava şəraitini yaşayan,  sərinləmək imkanı olmayan hər kəsin əhvalındakı dəyişiklik neqativə yönəlir. Aparılan araşdırmalara görə, isti havalarda cinayətlərin sayı artır. Temperatur 2 dəfə yüksəlirsə, cinayətlərin sayı 50 min dəfə artır. Psixoloq Vilyam Qriffit yataqxanada tələbələr arasında belə bir təcrübə aparıb. Bir otaqda kondisioner işləyir, əla şərait var. Digər otaqda isə isti, şəraitsizlik və  susuzluq olub. İsti otaqdakı tələbələrin bir-birinə və ətrafdakı insanlara aqressiv münasibəti nəticəsində həftə ərzində qeyri-ciddi səbəblər üzündən 57 insident baş verib. Digər otaqda isə həmin müddətdə cəmi 3 belə hal baş verib ki, bunların da əsaslı səbəbi olub. Bu onu göstərir ki, isti insanın sinir sistemini ən çox qıcıqlandıran xarici faktordur.

6 aydan çox çəkən yorğunluğun yay mövsümü ilə əlaqəsi yoxdur

Yay mövsümündə insanın yorğunluğu, halsızlığı özünü daha çox göstərir. Ümumiyyətlə, hər mövsüm dəyişdikdə insan bədəni yeni bio-psixo-sosial bir ritmə adaptasiya olmağa çalışır. Bəzi insanlarda bioloji saat metereoloji dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir. Bu zaman müxtəlif bioloji problemlər də mümkündür. Bu baxımdan bəzi sahələrdə çalışan  insanların yay mövsümündə işlərinə ara verməsi zəruridir. Lakin qan azlığı, xroniki yorğunluq sindromu, sinir sistemində müəyyən problemlər də yorğunluq və halsızlığa səbəb ola bilər. İnsan özündə 6 aydan çox yorğunluq hiss edirsə, bu, xroniki yorğunluq sindromuna aiddir. Yəni, yay aylarında yaşanan yorğunluq sayılmır. Xroniki yorğunluq daha çox qadınlarda, 30-50 yaşarası insanlarda özünü göstərir. Xroniki yorğunluğa qısamüddətli yaddaşın pozulması, oynaq və əzələ ağrıları, özünü daim yuxulu hiss etmək, baş və boğaz ağrısı kimi əlamətlər daxildir. Bu zaman həmçinin müəyyən psixoloji problemlər stress, depressiya və aqressiya da özünü göstərir.

Yay aylarında dincəlməyə və yaşıllıqda gəzməyə üstünlük verilməlidir

Yorğunluq hissinin meydana gəlməməsi üçün ruhi depressiv hallardan uzaq olmaq lazımdır. Sağlam qidalanmaya əhəmiyyət verilməlidir. Sağlam qidalanmaq üçün əvvəlcə gündəlik mütləq 2-2,5 litr, yəni 10-12 stəkan su içmək lazımdır. Əsas yemək zamanı salatlar, ara yeməklərdə isə meyvə yeyilməsi məsləhətlidir. Həftədə ən azı 3 gün 30-45 dəqiqəlik templi yürüşə mütləq yer ayırmaq lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR