Slimfit
  1. AVTO VƏ MOTO

İstehsaldan çıxarılmış avtomobilin çertyojları 26 milyon dollara satılıb

İstehsaldan çıxarılmış avtomobilin çertyojları 26 milyon dollara satılıb
Sakura

İstehsaldan çıxarılmış avtomobilin çertyojları 26 milyon dollara satılıb

Məhz bu məbləği Aston Martin Vanquish modelinin texniki sənədləri paketinə adı açıqlanmayan alıcı ödəyib.

Saziş məbləğindən başqa bu hadisənin maraqlı tərəfi budur ki, britaniya sportkar istehsalçısı Vanquish modelinin sənədlərinin satışını ictimai şəkildə elan etməyib. Baş tutmuş saziş haqqında şirkətin birjaya çıxışa hazırlıq çərçivəsində xüsusi hesabatının sayəsində məlum oldu.

Alıcı haqqında hər hansı informasiya hesabatda açıqlanmır. Automotive News nəşrinin güman etdiyi kimi istisna deyil ki, Aston Martin Vanquish modelinin tam təlimatının sahibi Çindən olan avtomobil şirkəti ola bilərdi. Həmçinin alıcı qismində öz modellərini buraxmaqla məşğul olmağı planlaşdıran Mansory və ya Ares kimi avropa tüninq atelyelərindən biri çıxış edə bilərdi.

Xatırladaq ki, Aston Martin Vanquish modelinin istehsalı keçən ilin payızına dayandırılmışdı. Vida versiyası qismində britaniyalılar Ultimate adı altında xüsusi modifikasiyalı maşın buraxmışdılar. Cəmi belə 175 avtomobil hazırlamaq planlaşdırılmışdı. Vida versiyasının texniki özəllikləri orijinaldakı kimi idi: 5.9 V12 600 güclü mühərrik və altı pilləli avtomatik ötürmə qutusu. Maksimum sürət- 324km/s.

 

Mənbə: Mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR