Slimfit
  1. AZƏRBAYCAN

İstehsal tarixi anormal olan yumurta ilə bağlı açıqlama

İstehsal tarixi anormal olan yumurta ilə bağlı açıqlama
Sakura

İstehsal tarixi anormal olan yumurta ilə bağlı açıqlama

"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtaların martın 14-də satışa çıxarılması ilə bağlı məlumat vermişdik.
Yeniavaz.com xəbər verir ki, istehsalçı şirkətdən məsələyə aydınlıq gətirilib. İstehsalçı şirkətdən baku.ws-yə bildirilib ki, istehsal olunan yumurtanın üzərinə səhəri gün istehsal edən şirkət adı və tarix yazılır: “Sistem avtomatlaşdırıldığı üçün printerdə zaman avtomatik dəyişir. Hər gün tarix yazan printerdə tarix 1 gün geri çəkilməlidir. 14.02.2019-cu il tarixində mexaniki səhv olaraq geriyə düyməsi əvəzinə irəliyə düyməsi basılıb”, - deyə məlumatda bildirilib.
Yeniavaz.com üzərində istehsal tarixi səhv yazılan məhsulun "OBA" marketlər şəbəkəsində satışa çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün marketlər şəbəkəsinin sözcüsü Elvin Babayevə dəfələrə zəng etsə də, bu zənglərə cavab verilmədi.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR