Slimfit
  1. TÜRKİYƏ

İstanbulun mərkəzində lüks avtomobildə qarpız satdı, polis cərimələdi

İstanbulun mərkəzində  lüks avtomobildə qarpız satdı, polis cərimələdi
Sakura

İran vətəndaşı imiş

Ens.az bildirir ki, İstanbulun mərkəzi rayonlarından biri olan  Beyoğlunda, qarpızın satıldığı lüks avtomobil, qeydiyyat sənədində göstərilən məqsədin xaricində istifadə edildiyi səbəbi ilə 15 gün hərəkətinə qadağa qoyulub və sürücüyə inzibati qaydada  pul cəzası kəsilib.

 İstanbulun Yol nəqliyyat Müfəttişliyi Şöbə Müdirliyi əməkdaşları lüks avtomobildə qarpız satan sürücünün İran vətəndaşı M.H.F olduğunu təyin edib.

Magistral Nəqliyyat Qanununun "Nəqliyyat vasitələrinin  qeydiyyat şəhadətnaməsində göstərilən məqsəddən başqa məqsədlər üçün istifadə edilməsi və idarə olunmasına icazə verilməsi" maddəsinə uyğun olaraq sürücüyə 1228 lirə inzibati cərimə tətbiq edilib və nəqliyyat vasitəsinin hərəkəti 15 gün müddətinə qadağan edilib.

 Sürücünün polis bölməsindəki ifadəsində, İranda  sosial media fenomeni olduğunu söylədiyi və hadisəni videoya çəkib sosial mediada paylaşmaq üçün həyata keçirdiyi öyrənilib.

Mənbə: sputniknews.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR