Slimfit
  1. SİYASƏT

İstanbulda 18 Azərbaycan vətəndaşına müvəqqəti yaşamaq icazəsini təsdiq edən vəsiqələr verilib

İstanbulda 18 Azərbaycan vətəndaşına müvəqqəti yaşamaq icazəsini təsdiq edən vəsiqələr verilib
Sakura

İstanbulda 18 Azərbaycan vətəndaşına müvəqqəti yaşamaq icazəsini təsdiq edən vəsiqələr verilib

2000-ci ilədək Türkiyə Respublikasına köçmüş və hazırda İstanbul şəhərində kompakt və qeyri-qanuni məskunlaşmış azərbaycanlılardan ilkin olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış 18 nəfərə Türkiyə ərazisində müvəqqəti yaşamaq icazəsini (“insani”) təsdiq edən vəsiqələr təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, vəsiqələri Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə heyətinin sədri, professor Aygün Attar təqdim edib.

Vəsiqələr martın 16-da Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda verilib.

Bildirilir ki, iki ölkənin aidiyyəti dövlət orqanları 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və hazırda qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların hüquqi vəziyyəti, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunun müəyyən edilməsi, Türkiyə ərazisində hüquqi statusunun leqallaşdırılması, qeydiyyata alınması və digər məsələləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, ötən müddət ərzində birgə fəaliyyət göstərib.

Bu məsələ Prezident İlham Əliyevin nəzarətindədir və bununla əlaqədar müvafiq dövlət qurumlarına (Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumlara) tapşırıqlar verilib. Tapşırığa əsasən müxtəlif dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılıb, intensiv araşdırma və müzakirələr aparılıb.

Vəsiqələrin verilməsi 2019-cu ilin sonlarında Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı işçi qrupunun təklifi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşdə əldə olunan razılaşmaya əsasən həyata keçirilib. Müvafiq razılaşmaya uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə səfəri çərçivəsində 23 sentyabr 2019-cu il tarixində İstanbul valisi Ali Yerlikaya ilə görüş zamanı prosedurun həyata keçirilməsi detalları ilə bağlı dəqiqləşdirmələr aparılıb.

Artıq hər iki ölkənin müvafiq qurumlarının birgə fəaliyyəti nəticəsində bir qrup soydaşımıza yeni vəsiqələr verilib. Qeyd edək ki, bu, sənədləşmə işinin başlanğıcıdır, proses yeni siyahıların dəqiqləşdirilməsi və sənədlərin hazırlanması istiqamətində davam edir.

Yeni vəsiqələrlə təmin olunmuş soydaşlarımız Azərbaycan və Türkiyə Prezidentlərinə humanist addıma görə təşəkkür ediblər. Onlar Türkiyə ərazisində indiyədək üzləşdikləri problemlərin həllində bu addımın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

Xatırladaq ki, vəsiqə verilmiş şəxslər Türkiyə Respublikasında qeyri-qanuni məskunlaşma ilə bağlı nəzərdə tutulmuş bütün inzibati cərimələrdən azad olunublar. 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR