Dərc edildi: Baxış sayı: 540
İstanbul təmsilçisi Kaqavanı heyətinə qatır
Türkiyənin "Beşiktaş" rəhbərliyi klubu tərk edən Talişkanın boşluğunu Sinji Kaqava ilə doldurmaq niyyətindədir. FaktXəbər bildirir ki, İstanbul təmsilçisi artıq yapon futbolçunun bonservisi üçün "Dortmund"a 5 milyon avro təklif edib.
"Beşiktaş" Kaqavanın transferini reallaşdıracağı təqdirdə onu klubun 10 nömrəsi edəcək.
Hələlik "Dortmund"un 5 milyon avroluq rəqəmi az gördüyü, İstanbul klubundan ən azı 7 milyon avro istədiyi bildirilir. Lakin "Beşiktaş"ın növbəti satışdan 10 faiz pay təklif etməsi "Dortmund"a maraqlı gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət