Dərc edildi: Baxış sayı: 762
İstanbul aeroportunda koronavirus həyəcanı yaşanır
İstanbul aeroportunda Çindən birbaşa reyslə gələn sərnişinləri yeni virusla əlaqədar yoxlamadan keçiriblər.
“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, İstanbul aeroportuna Çindən gələn 3 təyyarənin sərnişinləri koronavirusla əlaqədar termal kameralarla nəzarətdən keçirilib.
Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət