Slimfit
  1. CƏMİYYƏT

İşsizlərə 190 manat verilməli, digər imkansızlara isə yardım edilməlidir - DEPUTAT

İşsizlərə 190 manat verilməli, digər imkansızlara isə yardım edilməlidir - DEPUTAT
Sakura

İşsizlərə 190 manat verilməli, digər imkansızlara isə yardım edilməlidir - DEPUTAT

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt karantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Avqust ayında aztəminatlı ailələrə və işsiz şəxslərə 190 manat birdəfəlik müavinət verilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa bildirib ki, iyul və avqust ayları üçün aztəminatlı ailələr üçün 190 manat birdəfəlik müavinət mütləq verilməlidir:

“Vətəndaşın başqa gəlir yeri yoxdursa, onu evinə qapatmağın bir mənası qalmır. Biz bunun yolunu tapmalıyıq. İşləməyən vətəndaşların sosial təminatı mütləq şəkildə həll edilməlidir. Çünki o, sonradan daha ağır vəziyyətə düşə bilər. Xəstəliyə görə insanı təcrid edirik. İnsanın yaşamaq hüququ var. Bu hüquq təmin olunmalıdır. Ona görə, mən iyul və avqust aylarında 190 manat birdəfəlik müavinətin verilməsinin tərəfdarıyam. Çünki 2 aydır ki, insan evindədir. İş yerləri bağlıdır. Vətəndaş nə etməlidir? Ona görə də, bir yol tapılmalıdır. İşsiz insanların siyahısı da var. İlkin olaraq sihahıda olan insanlara 190 manat birdəfəlik müavinət verilməlidir. Daha sonra da digər imkansız şəxslərə müəyyən qədər vəsait ödənilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR