Slimfit
  1. İDMAN

İsrailli gimnast Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı

İsrailli gimnast Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı
Sakura

İsrailli gimnast Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda İsrail idmançısı Linoy Aşram topla hərəkətlərin yekununda 21.750 bal toplayaraq qızıl medal qazanıb.

Rusiyalı gimnast Dina Averina gümüş (21.100 bal), Belarus təmsilçisi Yekaterina Qalkina isə bürünc medal (20.500) əldə edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb.

Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR