Slimfit
  1. SİYASƏT

İsrailli ekspert: "Moskvada vacib sənəd imzalanıb və bu, böyük nailiyyətdir"

İsrailli ekspert: "Moskvada vacib sənəd imzalanıb və bu, böyük nailiyyətdir"
Sakura

İsrailli ekspert: "Moskvada vacib sənəd imzalanıb və bu, böyük nailiyyətdir"

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvadakı görüşündən sonra imzalanan sənəd bölgənin iqtisadi blokdan çıxarılması baxımından çox vacibdir”.

Ens.az xəbər verirki,bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel deyib.

“Bu, vacib sənəddir və böyük nailiyyətdir. Bu saziş bütün bu illər ərzində bağlı halda qalmış, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri olmayan, iqtisadiyyatı böyük ölçüdə iflic olan Ermənistana da fayda gətirəcək”, - o bildirib.

Ekspert həmçinin Ermənistan ictimaiyyətinin bütün bu hadisələri son dərəcə mənfi qəbul etməsinə görə təəssüf hissi keçirdiyini vurğulayıb.

“Narazılıq, qəbuletməmə, qəzəb və aqressiyanın şahidi oluruq. Niyə belədir?! Birincisi, bunun səbəbi erməni xalqının təhsil sisteminə və mədəniyyətinə aşılanan qürurdur. Bilirsiniz, bu vəziyyəti yəhudi xalqı ilə müqayisə etsək, bizim xalq da çox qədimdir, eyni zamanda qürurludur. Amma qürurumuz heç vaxt ağlımızı üstələməz. Daha faydalı, daha düzgün və tədbirli bir şey görsək, bu qüruru bir kənara qoyub doğru, mütənasib seçim edirik. Belə bir qədim yəhudi deyimi var – “Doğru olma, müdrik ol”, - M.Finkel söyləyib.

Mütəxəssisin fikrincə, bu anda ermənilər üçün yeganə sərfəli və düzgün addım hansısa yolla iqtisadi cəhətdən dizlərini yerdən qaldırmaqdır.

“Ancaq onlar kasıb insanları haqqında düşünmürlər. Bu müdrik olmayan və əsassız yanaşmadır. Bu, həddi aşan millətçiliyin işarəsidir və bu, ağlı kölgədə qoyan emosional hissdir. Belə yaşamaq olmaz. Ümid edirəm ki, Ermənistan hələ də ağlı başında olan siyasətçilər qalır və onlar millətçilərin üfüqdə görünən bu perspektivləri məhv etməsinə icazə verməyəcəklər. Azərbaycan xalqına uğurlar və müvəffəqiyyətlər arzulamaq istəyirəm, çünki siz ağılla yaşayırsınız. Bu, xalqınızın böyük müdrikliyini göstərir. İnsanlar duyğularla deyil, ağılla yaşadıqda, bu xalq qazanır”, - M.Finkel fikrini tamamlayıb.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və görüşdən sonra birgə bəyanat imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR