Slimfit
  1. DÜNYA

İsrailin itkiləri artmaqda davam edir

İsrailin itkiləri artmaqda davam edir
Sakura

İsrailin itkiləri artmaqda davam edir

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha bir hərbçisinin öldüyünü açıqlayıb.

Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı serjant Meyron Moşe Qerş anklavın şimalında gedən döyüşlər zamanı həlak olub.

“IDF Mühəndis Korpusunun elit Yahalom bölməsinin üzvü olan Gerş HƏMAS-a qarşı quru əməliyyatında öldürülən 174-cü hərbçi olub”, - çəlumatda deyilir.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı 509-a çatıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və yaşlıların girov götürülməsi ilə müşayiət olunub. HƏMAS hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. Bundan sonra İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və anklavda hərbi əməliyyata başlayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR