Dərc edildi: Baxış sayı: 546
İsrailin hücumuna adekvat cavab veriləcək - Prezident
İsrailin ölkəmizə qarşı hər hansı hücumuna adekvat cavab veriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Livan Prezidenti Mişel Aun deyib.
“İsrailin suverenliyimizə və ərazi bütövlüyünə qarşı hər hansı hücumuna müdafiə haqqı ilə qarşılıq veriləcək və nəticələrə görə İsrail məsuliyyət daşıyacaq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Beyrut səmasında İsrail PUA-larının atəşə tutulması iki ölkə arasında münasibətləri yenidən gərginləşdirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət