Dərc edildi: Baxış sayı: 203
İsrailin bu addımını kəskin pisləyirik - Rusiya
Rusiya İsrailin Suriyanın Hələb yaxınlığındakı müxtəlif hədəflərə aviazərbələr endirməsini kəskin şəkildə pisləyir. Bu, Suriyanın suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozur.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bir daha vurğulayırıq ki, Suriyaya qarşı bu ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasını təşkil edən bu cür təcavüzkar hərəkətlər qəti şəkildə qəbuledilməzdir”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün İsrail Suriyanın paytaxtı Dəməşq ətrafına aviazərbələr endirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət