Dərc edildi: Baxış sayı: 584
İsrailin baş naziri İordan çayının qərbinin ilhaq ediləcəyini vəd edib
İsrail baş naziri Binyamin Netenyahu İordan çayının qərbində Fələstin ərazilərində yerləşən bütün yəhudi qəsəbələrinin ilhaq ediləcəyini vəd edib.
SİA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hazırda yüz min yəhudinin yaşadığı qəsəbələr Şərqi Qüds və Colan təpələrindən fərqli olaraq, qanunvericiliyə əsasən İsrailin bir hissəsi sayılmır. B.Netenyahu "Twitter" səhifəsində yazıb ki, İsrailin suverenliyini bütün qəsəbələrdə təmin edəcəklər.
Qeyd edək ki, baş nazir postunu qorumağa çalışan B. Netenyahunun bu bəyanatı parlament seçkilərindən 3 həftə əvvələ təsadüf edir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət