İsrailə hücumda bu ölkənin əli var - Hersoq
İsrail Prezidenti İshaq Hersoq HƏMAS-ın İsrailə hücumunda İranın əli olduğunu deyib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.
"Bu gün HƏMAS-ın əsl üzünü gördük. Tək məqsədi günahsız kişi, qadın və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror ordusu... Onlar İrandakı qoruyucu komandirlərinin dəstəyi və rəhbərliyi ilə yəhudilərin müqəddəs günündə heç bir səbəb olmadan İsrailə iyrənc hücum həyata keçirdilər. Günahsız dinc sakinlər öldürülüb və yaralanıb, çoxlu sayda insan hələ də hücuma məruz qalır", - o qeyd edib.
Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət