İsrailə daha 8 ay lazımdır, ABŞ dözməyəcək - Bell
ABŞ İsrailin Qəzza zolağındakı hərəkətlərinə səbrini itirir, burada hər gün bir çox vətəndaş həlak olur.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ingilis hərbi analitiki Şon Bell deyib.
Bell bildirib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının son iclasında “tənha fiqur” olaraq qalıb və İsrail-HƏMAS münaqişəsində dərhal atəşkəs tələb edən qətnaməyə veto qoyan yeganə ölkə olub:
“Bununla yanaşı, ABŞ-ın mülki qurbanların sayının artmasından getdikcə daha çox narahatlıq keçirdiyi və İsrailin Milad bayramına qədər hərbi fəaliyyətini bitirməsini gözlədikləri də aydındır. İsrailin həqiqətən belə məhdud bir müddətdə münaqişənin öhdəsindən gələ biləcəyinə şübhə edirəm. İndi İsrail əməliyyatın başlanğıcından bəri HƏMAS-ın 5 min döyüşçüsünün məhv edildiyini iddia edir. Ancaq bu müharibə başlamazdan əvvəl HƏMAS-ın 25.000 döyüşçüsü var idi. Beləliklə, bu günə qədər irəliləyişi nəzərə alsaq, bu o deməkdir ki, İsrailin hərbi məqsədlərini başa çatdırması daha səkkiz ay çəkəcək".
Qeyd edək ki, İsrail hərbi əməliyyatların başa çatdırılması üçün ABŞ-ın bu ayın sonuna qədər vaxt qoyduğu barədə məlumatı təkzib edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət