Dərc edildi: Baxış sayı: 668
İsraildə COVID-19-dan ölənlərin sayı 100-ü keçib
İsraildə indiyədək 10 743 nəfərə COVID-19 diaqnozu qoyulub.
APA-nın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, virusa yoluxanlardan 101-i vəfat edib.
Aprelin 11-i səhər 10 505 yoluxma, 95 ölüm qeydə alındığı bildirilmişdi. Gün ərzində daha 238 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər vəfat edib.
Koronavirusdan sağalanların sayı isə 1341 nəfərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət