Dərc edildi: Baxış sayı: 465
İsrail yenə hökumət qura bilmədi: 4-cü seçki olacaq?
İsrail Baş naziri Benyamin Netanyahunun rəhbəri olduğu Likud Partiyası və Knessetin spikeri Beni Qantzın Kaxol-Lavan Partiyası yeni hökumətin qurulması barədə razılığa gələ bilməyiblər.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.
Məlumata görə, Prezident Reuven Rivlin aprelin 14-də onlara hökuməti qurmaq üçün 48 saat vaxt vermişdi.
Beləliklə, İsraildə növbəti dəfə hökumətin qurulması başa çatmayıb. Əgər hökumət qurulmasa İsrail 90 gündən sonra 2019-cu ilin aprelin 9-dan bəri 4-cü dəfə seçkiyə gedəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət