Slimfit
  1. DÜNYA

İsrail və "Hizbullah" arasında müharibənin mümkün tarixi məlum olub

İsrail və "Hizbullah" arasında müharibənin mümkün tarixi məlum olub
Sakura

İsrail və "Hizbullah" arasında müharibənin mümkün tarixi məlum olub

İsrail rəhbərliyi altı həftə ərzində Livandakı "Hizbullah" hərəkatına qarşı tammiqyaslı hərbi əməliyyata başlaya bilər.
 
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə "The Jerusalem Post" qəzeti öz mənbələrinə istinadən xəbər verib.
 
Nəşr bunu qış faktoru ilə əlaqələndirib.
 
"Mənbələr bildiriblər ki, əgər dörd-altı həftə ərzində əməliyyat aparılmasa, onu 2025-ci ilin yazına qədər həyata keçirmək mümkün olmayacaq və ya xeyli çətin olacaq", - deyə müəllif yazır.
 
Qəzetin həmsöhbətləri qeyd ediblər ki, Livanın dağlıq bölgələrində qışda hava şəraiti İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzza səhralarında qarşılaşdığı şəraitlə müqayisədə daha sərt və çətindir.
 
Genişmiqyaslı hərbi əməliyyatların daha gec vaxta keçirilməsi sərhədyanı şimal rayonlarından təxliyə edilmiş 60 min israillinin evlərindən kənarda daha altı ay keçirməsinə səbəb ola bilər.
 
Bundan əlavə, avqustun 25-də "Hizbullah"ın raket hücumunun qarşısının uğurla alınması İsrailin siyasi rəhbərliyinə hərəkata qarşı hərbi əməliyyat barədə əminlik verib. Bu, Livana qarşı quru əməliyyatının başlanması nəticəsində mümkün itkilərin qiymətləndirilməsinin yenidən nəzərdən keçirilməsinə gətirib çıxarıb.
 
"Bütün bunlar "Hizbullah" ilə daha geniş müharibənin qaçılmaz olduğu demək deyil. Bu, İsrail, "Hizbullah", eləcə də bu tərəflərin sponsorları - ABŞ və İran üçün hələ də riskli təklifdir", - deyə qəzet vurğulayır.
 
Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ-nin regional müharibəyə cəlb edilməsi Vaşinqtonun genişmiqyaslı münaqişənin qarşısını almaq üçün təxminən bir il davam edən diplomatik səylərinin uğursuzluğu kimi qiymətləndirilə bilər, bu isə seçki kampaniyasına təsir göstərər.
 
İran üçün isə belə bir müharibə "Hizbullah"ın ciddi şəkildə zəifləməsi ilə təhlükə yarada bilər.
 
"Bu, 7 oktyabrdan bəri (İsrailin) şimalında ən riskli zamandır", - deyə məqalə müəllifləri yekunlaşdırıblar.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR