Slimfit
  1. DÜNYA

İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında yük təyyarəsi uçuşları başlayır

İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında yük təyyarəsi uçuşları başlayır
Sakura

BƏƏ İsraillə normal münasibətləri bərpa edən 3-cü ərəb olkəsi olacaq

Ens.az xəbər verir ki, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yük təyyarəsi uçuşlarının 16 sentyabrdan başlayacağı açıqlanıb.

 İsrail İctimai Yayım Korporasiyası KAN, iki ölkə arasındakı normallaşma razılaşmasından sonra İsrailin milli hava yolu şirkəti “El Al”-ın  BƏƏ-yə həftəlik yük uçuşlarının təşkilinə başlayacağını və ilk uçuşun 16 sentyabrda reallaşacağını açıqladı.

 İsrail hava yolları şirkətinin rəsmiləri yük təyyarələrinin çərşənbə günü Tel-Əvivdən qalxacağını və cümə günləri BƏƏ-dən Tel-Əvivə dönəcəyini bildiriblər.

 Təyyarələrin kənd təsərrüfatı məhsulları və texniki avadanlıqlar daşıyacağını qeyd edən səlahiyyətlilər, iki ölkə arasındakı ticarətin inkişaf edəcəyini və BƏƏ-nin Asiya ölkələrindən İsrailə malların daşınmasında  stansiya rolunu oynayacağını ifadə ediblər.

 Təl-Əviv və Əbu-Dabi arasında ilk ticarət uçuşu 31 avqustda reallaşıb və Səudiyyə Ərəbistanı rəhbərliyi tarixdə ilk dəfə İsrail hava yollarına hava məkanından istifadə etməyə icazə verib.

 ABŞ prezidenti Donald Tramp 13 avqustda İsrail və BƏƏ-nin “münasibətlərini tamamilə normallaşdırmaq” üçün razılığa gəldiklərini elan etmişdi.

 Bununla da BƏƏ 1979-cu ildə Misir və 1994-cü ildə İordaniyadan sonra İsrail ilə normallaşma müqaviləsi bağlayan üçüncü ərəb ölkəsi oldu.

Mənbə: sputniknews.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR