Slimfit
  1. DÜNYA

İsrail tarixində bir ilk: Yer kürəsindən 37 min 600 km məsafədə...

İsrail tarixində bir ilk: Yer kürəsindən 37 min 600 km məsafədə...
Sakura

İsrail tarixində bir ilk: Yer kürəsindən 37 min 600 km məsafədə...

İsrailin Aya göndərdiyi “Bereşit” adlı kosmik gəmisi Yer kürəsi ilə çəkdirdiyi ilk fotonu göndərib.

Publika.az xəbər verir ki, gəmi Yer kürəsindən 37 min 600 km məsafədə planetimizlə selfi çəkdirib.

Kosmik gəminin orbitə göndərilməsi və problemsiz şəkildə işləməsi siqnallarını verməsini mütəxəssislər İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə bayram edib.

Qeyd edək ki, sözügedən kosmik gəmi 22 fevral 2018-ci il tarixində “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə ABŞ-ın Keyp Karnaval Kosmik Bazasından uğurla kosmosa göndərilmişdi. Gəminin adı müqəddəs “Tövrat” kitabının yaradılış bölməsinin ilk sözü olan “Başlanğıc”ın yəhudi dilindəki formasından (Bereşit) götürülüb. “Bereşit”in mərkəzi nəzarət bazası İsrailin yəhud şəhərində yerləşir.

Bu gəmi həm də bir çox ilklərlə yadda qalıb. Belə ki, “Bereşit” özəl sektorun maliyyəsi sayəsində Aya gedən ilk gəmidir. 100 milyon dollarlıq layihənin nəticəsində ərsəyə gələn kosmik gəmidə İsrail bayrağı, mahnıları, yəhudi soyqırımından xilas olanların adları, uşaqların çəkdiyi rəsmlər və “İncil” kitabının olduğu rəqəmsal dosye var.

“Bereşit” kosmosda 6,5 milyon km məsafə qət etdikdən sonra 11 apreldə Yer kürəsinə enməyə çalışacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR