Dərc edildi: Baxış sayı: 204
İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb.
Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir.
BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb.
İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib.
Əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət