
Dərc edildi: Baxış sayı: 96
İsrail ordusu Qəzzada əməliyyatları genişləndirir
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı quru əməliyyatını Rəfahın Əl-Cəninə bölgəsinə qədər genişləndirdiyini açıqlayıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son bir neçə saat ərzində qoşunlar Qəzzanın cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cəninə bölgəsində quru əməliyyatına başlayıblar”, - məlumatda bildirilib.
Qeyd edək ki, İsrail ordusu martın 20-də Rəfah bölgəsində quru əməliyyatına başladığını elan edib.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət