İsrail ordusu: "Hizbullah"ın silah sexinə və hərbi qərargahına zərbələr endirilib
İsrail Ordusunun Hərbi Hava Qüvvələri "Hizbullah" radikal hərəkatının Livanın cənubundakı silah sexinə, hərbi qərargahına və bir neçə qurğusuna zərbələr endirib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Hücumlar Livanın cənubundakı Cuaya, Nabait, Mansuri, Kfar-Kila yaşayış məntəqələrinə həyata keçirilib.
Bundan əlavə, İsrail hərbçiləri Livan ərazisinin cənub hissəsindəki Hula bölgəsindəki "terror dəstəsinə" zərbə endiriblər.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət