İsrail Livanın cənubunda "Hizbullah"ın hərbi qurğusuna hücum edib
İsrail qırıcıları Livanın cənubundakı Yaruna bölgəsindəki "Hizbullah" hərəkatının silahlı radikallarının hərbi qurğusuna zərbələr endiriblər.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, "Hizbullah”ın Livanın cənub hissəsində, Kfar-Kila bölgəsindəki obyektləri də hücuma məruz qalıb.
Xatırladaq ki, Yaxın Şərqdəki vəziyyət 7 oktyabr 2023-cü il tarixində Qəzza zolağından İsrail ərazisinə radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının soxulmasından sonra kəskin şəkildə pisləşib. Bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov gpötürülməsi ilə nəticələnib. Buna cavab olaraq İsrail Qəzzanın tam blokadasını elan edib, Livan və Suriyanın sektoruna və ayrı-ayrı bölgələrinə cavab zərbələri endirməyə başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət