Dərc edildi: Baxış sayı: 506
İsrail icazə verdi, Səudiyyə isə rədd etdi
İsrail hökumətinin qərarına baxmayaraq, bu ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanına girişinə rəsmi şəkildə icazə verməmişik.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Fərhan deyib.
“Siyasi xəttimiz sabitdir. İsrail dövləti ilə əlaqələrimiz yoxdur və hazırda İsrail pasportuna malik olanlar krallığa daxil ola bilmir.
Fələstin və İsrail sülh razılaşması imzalayandan sonra Təl-Əvivin regionla bağlı əlaqələrinin qurulması məsələsinin müzakirəyə çıxarılacağına inanıram”, - deyə şahzadə bildirib.
Xatırladaq ki, 2 gün öncə İsrail hökumətinin vətəndaşlara Səudiyyəyə səfəri ilə (9 gün müddətində) bağlı rəsmi şəkildə icazə verdiyi bildirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət