Dərc edildi: Baxış sayı: 250
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri (HHQ) ölkənin şimalındakı sərhədyanı bölgələrin atəşə tutulmasından sonra “Hizbullah”ın Livandakı hərbi qanadının hədəflərinə yeni zərbələr endirib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gün ərzində hərbçilər Livan tərəfdən İsrailin şimalına azı 7 mərmi atılması qeydə alınıb. Bunun ardınca bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Alma əş-Şaab kəndi ərazisində “Hizbullah”ın hərbi obyektinə və Kfar Şuba yüksəkliyində bir neçə atəş nöqtəsinə və bir sıra digər obyektlərə zərbələr endirib”, - ordudan verilən məlumatda deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət