Dərc edildi: Baxış sayı: 238
İsrail HƏMAS-ın tunel şəbəkəsinə su ilə hücum edəcək
İsrail HƏMAS-ın tunel sistemini su ilə vurmaq istəyir.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilib ki, tunellər Aralıq dənizindən götürülən su ilə basılacaq. Nəşrin məlumatına görə, artıq İsrail Müdafiə Qüvvələri keçən aydan Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş böyük su nasosu quraşdırıb.
Qeyd olunub ki, İsrail ötən ay bununla bağlı ABŞ-yə xəbərdarlıq edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət