İsrail HƏMAS-ın qarşısına şərt qoydu - Əməliyyat qaçılmaz olacaq
"Fələstinin HƏMAS hərəkatının yaraqlıları bütün girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında yerüstü əməliyyatı demək olar ki, qaçılmazdır".
Ens.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyət davam edərsə, İsrail hərbçilərinin Qəzzada quru əməliyyatı demək olar ki, qaçılmazdır:
"Məqsədimiz HƏMAS-ı hərbi potensialından tamamilə məhrum etməkdir. Əgər HƏMAS döyüşçüləri gizləndikləri yerlərdən çıxsa, girovlarımızı, 212 nəfərin hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitərdi. Lakin bunu etməyəcəklər. Odur ki, İsrail ordusu Qəzzada yerüstü əməliyyatı keçirməlidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət