Dərc edildi: Baxış sayı: 161
İsrail gəmilərinə bu halda hücum edilməyəcək - Husilər
Ənsarullah Qəzza zolağında "müqavimət" şərtləri əsasında atəşkəs razılaşması əldə olunarsa, İsrail gəmilərinə hücumu dayandıracaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu hərəkatın mətbuat xidmətinin rəhbərinin müavini Nəsrəddin Amer deyib.
“Qəzza zolağında atəşkəs razılaşması əldə olunarsa və müqavimətin şərtlərinə uyğun olaraq blokadası götürülərsə, işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinin keçidini əngəlləmək qərarı ləğv ediləcək”, - deyə bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət