İsrail Dövləti
İsrail Dövləti qeyri rəsmi adı İsrail — Asiyada dövlət. Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, şərqində və qərbində İordan çayının qərb sahilində yerləşən Fələstin əraziləri və Qəzza zolağı, cənubunda Misir və Qırmızı dəniz yerləşir. Ölkə olduqca kiçik sahəsinə baxmayaraq, coğrafi cəhətdən fərqli ərazilərə sahibdir. İsrailin iqtisadi və texnoloji mərkəzi Tel-Əviv olsa da, bütün dövlət orqanları paytaxt elan olunan Qüdsdə yerləşir. Buna baxmayaraq, Qüds şəhəri hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu ölkənin paytaxtı kimi qəbul olunmur.
İsrail və İuda krallıqları Dəmir dövrü ərzində mövcud olmuşdur. Eramızdan əvvəl 720-ci ildə Yeni Assuriya İmperiyası İsrail Krallığını işğal etmişdir. İuda Krallığı sonradan başqa imperiyaların tabeliyi altında Yəhudi muxtar ərazisi kimi mövcudluğunu qoruyub saxlamışdır. Eramızdan əvvəl 110-cu ildə uğurlu Makkabi inqilabı nəticəsində müstəqil Yəhudi krallığı yaranmışdır. Bu krallıq da eramızdan əvvəl 63-cü ildə Roma Respublikasının tabeçiliyi altına keçənə qədər müstəqilliyini qoruyub saxlamışdır. Eramızın 6-cı ilində bu ərazidə Roma İmperiyasının nəzarəti altında olan İuda əyalətinin əsası qoyulmuşdur. Bu əyalətdə Roma hakimiyyətinə qarşı yəhudilər tərəfindən başlanan üsyanlardan sonra bölgənin yəhudi əhalisi yaşayış yerlərini tərk etməyə məcbur edilmiş və ərazinin adı da dəyişdirilərək Suriya Fələstini adını almışdır. Bütün bunlara baxmayaraq, regionun yəhudi əhalisi öz mövcudluğunu uzun əsrlər boyunca qoruyub saxlamışdır. 7-ci əsrdə ərəblər Bizans İmperiyasının tabeçiliyində olan Levantı işğal etmiş və 1099-cu ildə başlamış Birinci səlib yürüşünə qədər ərazini öz nəzarəti altında saxlamağı bacarmışdır. 1187-ci ildə bu ərazi Əyyubilər sülaləsitərəfindən işğal olunmuşdur. Məmlük dövləti 13-cü əsrə qədər öz hökmranlıq etdiyi ərazini genişləndirərək Levantı da ələ keçirməyi bacarmışdır. 1517-ci ildə Osmanlı İmperiyası tərəfindən məğlub edilən Məmlük dövləti qoşunları Levantı tərk etməyə məcbur olmuşdur. 19-cu əsr ərzində yəhudilər arasında milli oyanışın başlaması səbəbilə özündə yəhudi millətçiliyini ehtiva edən Sionizm hərəkatı meydana gəlmişdir.
1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunan Fələstinin bölüşdürülməsi planına görə müstəqil ərəb və yəhudi dövlətləri yaradılmalı, Qüds şəhərinə isə beynəlxalq status verilməli idi. Bu plan Fələstinin yəhudi icması tərəfindən qəbul olunsa da, ərəb liderlər tərəfindən qəbul olunmadı. Növbəti il yəhudi icması İsrail Dövlətinin müstəqilliyini elan etdi. 1948-ci ildə başlayan Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin mandatının ərazisinə daxil olan ərazinin əksər hissəsini ələ keçirməyə nail oldu. İordan çayının qərb sahili və Qəzza zolağı isə qonşu ərəb ölkələri tərəfindən işğal olundu. Bu hadisə İsraillə ərəb dövlətləri arasında tək müharibə olmamış, bundan sonra da tərəflər arasında bir çox müharibələr baş vermişdir. Həmin hərbi münaqişələr nəticəsində İordan çayının qərb sahili, Qolan təpələri və Qəzza zolağı İsrail tərəfindən işğal olunmuşdur. İsrail tərəfindən işğal olunan Fələstin əraziləri müasir dövrdə ən uzun çəkən işğal faktı kimi tarixə keçmişdir. İsrail-Fələstin münaqişəsini həll etmək məqsədilə aparılan danışıqlar sülhlə nəticələnməmişdir. Buna baxmayaraq, İsrail həm Misir, həm də İordaniya ilə sülh müqaviləsi imzalamağa nail olmuşdur.
Etimologiya
Tövrata görə Yakub peyğəmbər ailəsi ilə birlikdə köç edərkən Tanrının insan şəklində göndərdiyi mələk ilə qarşılaşır. Ailəsini çayın o biri tərəfinə keçirdikdən sonra Yakub peyğəmbər mələk ilə səhər açılana qədər güləşir. Səhərin açıldığını və Yakub peyğəmbəri məğlub edə bilməyəciyini görən mələk ondan onu buraxmasını xahiş edir. Yakub peyğəmbər isə onu müqəddəsləşdirmək şərtiylə buraxacağını bildirir. Beləliklə mələk onu "Tanrı ilə döyüşən" mənasını verən İsrail adı ilə müqəddəsləşdirir. Buna görə Yakubun soyundan gələnlər İsrailoğulları adı ilə xatırlanır.
Tarixi
BMT-nin bölüşdürmə planı
Yəhudilər dövlət qurmaq layihəsini XIX əsrin ikinci yarısında həyata keçirməyə başladılar. Ərz-i mev’ut torpaqları (vəd edilmiş torpaqlar) üzərində dövlət qurmaq cəhdi ilk dəfə İngiltərədə baş verdi. 1848-ci ildə ingilis höküməti Fələstinkonsolosluğunu yəhudilərə verdilər. 1870-ci ildə yəhudi fəaliyyətləri İngiltərə və Rusiyaya keçdi. Teoder Herzl yəhudi dövlətinin qurulmasında cəhdlər edirdi. O, İngiltərə kimi böyük və güclü dövlətin köməyinə arxalanırdı. Sionistlər dövlət qurma üçün kəndli qrupuna malik olmağın zəruriliyini anladılar, lakin həmin dövrün yəhudilərinin çoxu ticarətlə məşğul idi. Sadəcə Rusiyada yəhudi kəndli qrupları mövcud idi. Bu zaman Rusiyada yəhudilərə, xüsusilə kəndli yəhudilərə qarşı paqromlar adlı qətliam yaşandı. Qətliama məruz qalan Rusiya kəndli yəhudilərinə sionistlər tərəfindən Fələstinə köçmək təklifi etdilər. 1870-ci ildən etibarən Fələstində İsrail kənd təsərrüfatı mərkəzləri yaranmağa başladı. Lakin bir çoxu Rusiyadan Avropaya köçdü. 1870-1896-cı illərdə indiki İsrail torpaqlarında 17 koloniya yaradıldı.
Birinci dünya müharibəsinin sonlarında 2 noyabr 1917-ci ildə İngiltərə Xarici İşlər naziri Artur Balfourun dəstəyi ilə Balfour Deklerasiyası başlatıldı. 1920-ci ildə Millətlər Cəmiyyəti Fələstin üzərində ingilis mandatını tanıdı. Bundan sonra İngiltərənin nəzdində Yəhudi hüquqları təmsil edilməyə başlandı.
Bundan sonra siyonistlər dünyanın müxtəlif bölgələrinə dağılımış yəhudiləri Fələstinə köçməyə razı salmaq cəhdlərinə başladılar. 1930 və 1940-cı illərdə Nasistlərin yəhudilərə qarşı soyqırımları nəticəsində Fələstinə böyük köç yaşandı. Ərəblər bu köçə etirazlarını bildirincə İngilitərə bu köçü dayandırdı. Bu qərara etiraz əlaməti kimi siyonist yəhudi hərbi təşkilatı Haqana teror aktları keçirməyə başladı. Fələstin höküməti Nasistlərlə əlbir oldu. Qüds valisi bir çox dəfə Almaniyaya səfər etdi.
Beləliklə Fələstinə gizli yəhudi köçləri başladı. 1945-ci ildə İkinci dünya müharibəsində müttəfiqlərin qalib gəlməsinin ardından bu problemlər həll mərhələsinə keçdi. 1947-ci ilin noyabrında BMT Fələstintorpaqlarını biri yəhudi, biri ərəb olmaqla iki dövlətə böldü. Yəhudilər bu qərara razı olarkən, ərəblər qərarı rədd etdi. Qüds isə millətlərarası bölgə elan edildi. Ərəblər qərardan narazı qaldı. İsrail-Fələstinmüharibəsi başladı.
14 may 1948-ci ildə BMT-nin bölüşdürmə planına uyğun olaraq David-Ben Qorion tərəfindən İsrail dövlətinin müstəqilliyi elan olundu. Bir gün sonra Misir, İordaniya, İraq, Livan və Suriya qüvvələri İsrailə daxil oldu.
1949-cu ildə BMT-nin vasitəçiliyi ilə İsrail və onunla döyüşən hər bir ərəb ölkəsi (İraq xaric) ilə atəşkəs müqaviləsi imzalandı. Müqaviləyə əsasən Cəlilə və Nəcəf səhrası İsrailə, Yehuda və Samiriyyə İordaniyaya, Qəzza Misirə verildi. Qüdsün şərqi İordaniyanın, qərbi isə İsrailin oldu. İsrail və Fələstin arasındakı gərginlik davam etməkdədir.
İllərinə görə İsrail torpaqları
1759 1851 1864 1900
1915 1924 1946
Coğrafiya
İsrail Yaxın Şərqdə, Şərqi Aralıq dənizi sahilindədir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, cənub-qərbində Misir yerləşir. İsrailin cənub bölgəsi Nəcəf səhrasından ibarətdir. Cənub-qərbində isə dik yüksəkliklər var. Ölü dəniz də bu bölgədədir. Aralıq dənizi bölgəsi şimalda Yafadan cənubda Karmel dağına qədər uzanaraq Şaran ovası adlanır.
Karmel dağının şərqində Kişon çayı vadisi boyunca uzanan Esdradelon ovalığı yerləşir. Ovalıq Təbəriyyə gölünə qədər davam edir. İordaniya çayı da buradan keçərək dəniz səviyyəsindən 394 m aşağıda yerləşən Ölü dənizə tökülür. Ölü dənizin sadəcə cənub-qərbi İsrailindir. İsrailin şərqi isə dağlıqdır. Buralar Şamiriyyə və Yəhudiyyə təpələrindən Nəcəf dağına qədər davam edir. İsrailin ən yüksək zirvəsi 1208 metrlik Niron dağı Tabəriyyə gölünün şimal-qərbindədir. Qolan təpələri şimal şərqdədir . Şamiriyyə və Yəhudiyyə təpələri üzərində Qüdsün yerləşdiyi yaylanın bir qismi yerləşir.
Anemone coronaria - İsrailin milli çiçəyi
Neqevdə Nubiya dağ keçisi.
Eştaolda meşə
Rişon LeZikion gölü
Cyclamen persicum və Oxalis pes-caprae
Hulah Valley qoruğunda buffalolar, Şimali İsrail.
Yerusalim dağları
Nahal Aruqot şəlaləsi
Nahal Ayunda Tahana şəlaləsi
Arbel dağı
Roş HaNikra mağaraları
Eylat körfəzi
Təbiəti
Təbiətinin mühüm xüsusiyyəti ölkənin dənizlər, dağlar və səhralar arasında yerləşməsidir. İsrailin ərazisi kiçik olsa da səth quruluşunda müxtəliflik hiss olunur. Qaliley yaylası adlanan hissə ölkənin şimal və qərb bölgəsini tutur. Əslində bu yayla hündür düzənliyi xatırladır. Burada hündürlük 600–700 m-dən artıq deyil. Ölkənin şimali-şərqini İordan çayının dərəsi tutur. Mərkəzi hissə Aralıq dənizi sahili boyunca yerləşmiş alçaq ovalığı xatırladır. Burada sahil xətti zəif parçalandığından ovalığın şimal hissəsində yerləşmiş Hayfa körfəzi istisna olmaqla təbii körfəz və buxtalar yoxdur. Ölkə ərazisinin əksər hissəsini Neqev yaylası tutur. Bu yayla şimalda alçaq dağ massivlərinə, şərqdə isə Qhor tektonik çöçəkliyinə yaxınlaşır. Bu çöçəkliyin ən dərin yerində okean səviyyəsindən 392 m. aşağı olan Ölü dəniz yerləşir. Bu dənizlə Qırmızı dəniz arasında qalan ərazidə Aqava dərəsi yerləşir. İsrailin ərazisi faydalı qazıntılarla zəngin deyil. Əsasən mezazoy dövrünün çöküntüləri ilə örtülüdür. Nisbətən hündür yerlərdə karst hadisələrinə və mağaralarına rast gəlmək olar. Ölkədə qeyri-metal sərvətlər metal və yanacaq sərvətlərindən çoxdur. Qeyrimetal faydalı qazıntılar içində Ölü dənizdəki kalium duzları, natrium və brom çoxdur. Neqev yaylasında fosforit, gips, tikinti materialları və kvars qumları aşkar edilmişdir. Müxtəlif yerlərdə ehtiyatı az olan dəmir və mis filizi, neft və təbii qaz yataqları aşkar edilmişdir. Ölü dənizdən əldə edilən təbii sərvət – potaş, xlorlu maqnezium, xörək və kalsium duzları, xüsusilə, əhəmiyyətlidir. Bu bölgədə beynəlxalq əhəmiyyətli kurortlar yerləşir.
Ölkənin nisbətən çox yağıntı alan qərb hissəsində quru subtropik meşəvə kolluqların qəhvəyi torpaqları, mərkəzi və şərq bölgələrində boz qəhvəyi torpaqlar, cənubunda isə subtropik səhra torpaqları yayılmışdır. Dağlıq ərazilərin bəzi yerləri torpaq örtüyündən məhrumdur. Sahil bölgələrin torpaqları nisbətən məhsuldardır. Belə torpaqlarda humusun miqdarı 24 faizə çatır. Ölkənin Aralıq dənizi sahili mövqeyi florasının zənginliyinə səbəb olmuşdur. Endemik bitki növləri üstünlük təşkil edir. Baharda yağıntılardan sonra ölkənin landşaftı füsünkar olur. Qaliley ölkənin tarixi-təbii baxımdan gözəl yeri sayılır. Çünki bu rayonun iqlimi yumşaq, rütubətli, torpaqları məhsuldardır. Əvvəllər meşələrlə örtülü olan Qalileydə hazırda təbii landşaftdan nadir izlər qalmışdır. Kənd təsərrüfatına yararlı sahələrdə və yamaclarda meşələr salınmışdır. Meşələr ərazinin cəmi 5 faizində yayılmışdır. Neqev səhrasının həyatsız görünüşü vardır. Onu dik qayalar və dərin dərələr «bəzəyir». İsrail təbiətinin mühafizəsinə, ekoloji mühitinin sağlamlığına diqqətlə yanaşan ölkələrdən biridir. Hökumət Ölü dəniz bölgəsini Milli qoruq elan etmişdir. Amma ərazidə uzun illər aparılan müharibələr və terrorçuların fəaliyyəti ölkənin həm təbii, həm də antropogen landşaftına böyük ziyan vurmuşdur.
İqlim
İsraildə Aralıq dənizi iqlim tipi hakimdir. Ərazidə yay ayları quraq və isti, qış isə mülayim və rütubətli keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və qışda isə mülayim enliklərin hava kütlələri hakimdir. Səth quruluşunun müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin şəkildə azalır. Məsələn, qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində 1000 mm-ə qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500 mm-ə qədər, Ölü dənizin sahillərinə isə 70–80 mm yağıntı düşür. Yanvar, fevral ayları ən çox yağış yağan aylardır. Aralıq dənizi sahil bölgəsində orta illik temperatur müsbət 20 dərəcə olduğu halda, dağlıq bölgələrdə bu göstərici bir neçə dərəcə aşağıdır. Orta temperatur yüksək olduğundan Aralıq dənizinin çimərliklərindən ilin 7-8 ayı istifadə etmək olar. Ölkənin ən isti yeri onun cənubundadır. Burada orta illik temperatur 23 dərəcədən aşağı düşmür. Cənubda ilin yay aylarının orta temperaturu 32-33 dərəcəyə çatır. Qış aylarında mənfi temperaturlar da müşahidə olunur. Hündür ərazilərdə qış aylarının orta temperaturu mənfi 5 dərəcəyə uyğun gəlir. Ölkənin mərkəzi bölgələrində ilin 300 günü orta temperatur müsbət 15 dərəcəyə bərabərdir. Ərazi üçün şimal və qərb küləklərinin əsməsi səciyyəvidir. Yazda və yayın əvvəllərində Ərəbistan yarımadasından quru və isti xəmsin küləkləri əsir. Tozlu və dəhşətli isti havaya Neqev səhrasındarast gəlinir.
Daxili sular
İsrail səth suları ilə zəif təmin olunmuş ölkədir. Ərazinin qərb hissəsindən axan kiçik çaylar Aralıq dənizi hövzəsinə aiddir. Bu çayların əksəriyyəti ilin isti aylarda quruyur. Ölkənin şərq hissəsi axarsızdar. Ərazinin şimal-şərqindəki tektonik dərə ilə daima sulu İordan (Ürdün) çayı axır. Xermon massivindən başlanğıcını götürən bu çay Ölü dənizə tökülür. Tiveriad gölünə qədər bu çay ensiz dərə ilə, qalan hissələrdə isə allüvial düzənliklə axır. Okean səviyyəsindən 200 metr alçaqda yerləşmiş Tiveriad (yaxud Qaliley) gölünün uzunluğu 21 km, maksimal dərinliyi 48 metrdir. Gölün suyu duzlu olmadığından ondan içməli su mənbəyi kimi istifadə olunur. 1000 kv. km ərazisi olan Ölü dənizin (uzunluğu 76, eni 16 km) 250 kv. km-i İsrailə məxsusdur. Bu kiçik ərazidən İsrail hökuməti maksimum faydalanır. Ərazidə qiymətli mineral duzlar çıxarılmaqla yanaşı kurort təsərrüfatı inkişaf etdirilir. Sənaye, kənd təsərrüfatı və əhalinin suya olan tələbatını ödəmək məqsədilə su təchizatı və irriqasiyanın mərkəzləşdirilmiş sistemi yaradılmışdır. Bu sistemdə başlıca su kəmərlərinin uzunluğu 150 km-ə çatır, Tiveriad gölünün şimal-qərb sahillərindən Roş-xa-Ayin məntəqəsinədək davam edir, burada 106 km uzunluğunda olan Yarkon-Şimali Neqev xəttilə birləşir. Mütəxəssislər ölkənin içməli su ehtiyatlarının 1,8 mlrd. kub metr olduğunu hesablamışlar. Bu suyun 1,1 mlrd. kub metri kiçik çayların və bulaqların 320 mln. kub metri İordan çayının İsrailə aid olan hissəsinin, 200 mln. kub metri Yarkon çayının suları təşkil edir. Ümumiyyətlə, İsrail hökuməti içməli su təminatında böyük müvəffəqiyyətlər əldə etmişdir. Onun bu təcrübəsindən başqa quraq ölkələr də istifadə edir.
Atributlar
İsrailin dövlətinin bayrağı yəhudi kişilərin səhər istifadə etdikləri dua şalı olan tallitdən ilham alınmışdır. Bayrağın üzərindəki göy rəng isə Davudun qalxanının rəngi olduğu düşünülür.
Siyasət
Likud partiyasına və onun başı olan Benyamin Netanyahuya səs verməyə çağıran ivrit və rus dillərdə posterlər
Ölkə başçısı prezidentdir. Prezident (Nasi) hər yeddi ildən bir Knesset (Milli Məclis) tərəfindən seçilir. Prezident əsasən mərasimlərdə iştirak edir, amma əfv etmə kimi səlahiyyətlərinə də sahibdir. Nazir isə prezident tərəfindən seçilmiş partiyanın liderlərindən biri olur. Milli Məclisin 120 üzvü var.
İqtisadiyyat
İsrail iqtisadiyyatı texnologiya avadanlıqları, əkin, sənaye və turizmə əsaslanır. Kibbutz adı verilen kommunal fermalar ölkənin qida ehtiyacının tamamını qarşılayır. Beləcə ölkə qida ehtiyacını özü ödəyir. Texnologiya sahəsində İsrail dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birdir. İntel, İBM, Motorola, Google gibi şirkətlərin İsraildə mərkəzləri yerləşir. Bunun səbəbi İsrail əhalisinin böyük hissəsinin texnologiya sahəsində qabiliyyətə sahib olmasıdır. NASDAQ indeksinə görə İsrail firmaları ABŞ və Kanada firmalarından sonra dünyada üçüncü yerdə gəlir. Təhlükəli şəraitə baxmayaraq İsrail savadlı insan cəmiyyəti yetişdirməklə güclü iqtisadiyyatə qurmağı hədəfləyən ölkələrdəndir.
Əkinçilik
İsraildə kənd təsərrüfatının əsasını kibbutzlar təşkil edir. Kibbutz kollektiv istehsalat təşkilatlarıdır. Nəcəf səhrası uzun illərdən sonra əkin üçün uyğun vəziyyətə gətirilmişdir. Kibbutzlar kollektiv təşkilatlar olsalar da korperativ şəkilləri də mövcuddur. Bu cür kibbutzlar moşavim adlanır. Əkinçilik işləri moşavimlər tərəfindən həyata keçirilir. İsrailin əmək qüvvəsinin 6,5%i kənd təsərrüfatında işləyir. İsraildə suvarma kanalları geniş yayılmışdır. 400.000 hektardan büyük bir sahə sulanır. Əsas əkinçilik rayonu Eşdraelondur. Sahil ovaları da kənd təsərrüfatı üçün əhəmiyyət daşıyır. İsraildə əsasən taxıl bitkiləri, narınc meyvələr, şəkər çuğunduru, üzüm və albalı yetişdirilir.
Heyvandarlıq
Otlaqlar az olduğu üçün heyvandarlıq zəif inkişaf etmişdir. Əsasən qoyuna üstünlük verilir. Son illərdə İsraildə donuzçuluq sahəsi yaransa da yəhudilər donuz əti yemədiyi üçün inkişaf etməmişdir. Amma qəfəs heyvandarlığı geniş yayılmışdır.İsraildə heyvanlardan əldə edilən məhsullar ölkənin öz ehtiyaclarının ödənilməsinə sərf olunur. İsraildə balıqçılıq xeyli inkişaf etmişdir. Belə ki, Hind və Atlantik okeanınaçıxardığı gəmilərlə İsrail hər il 25.000 tondan çox balıq ovlayır.
Sənaye
İsrail sənayesi sürətlə inkişaf edir. Sənaye inqilabı 1958-1965 illərində baş vermişdir. Bu illərdə İsrail sənayesində 142% artım müşahidə olundu. Xüsusilə qurğuşun sənayesi irəlidə gələnlərdəndir. İsrailin işçi qüvvəsinin 33,4%-i sənaye sahəsində işləyir. Əsas sənaye bölgələri Tel-Əviv və Hayfadadır. İnkişaf edən sahələr dərman, optika, elektrik avadanlıqları, almaz, silah sənayesidir.
Tel-Əviv İsrailin sənaye mərkəzidir
Ticarət
Xarici bazar satışının üçdə birini almaz sənayesi təmin edir. İxrac etdiyi mallar arasında narınc meyvələr öndə gəlir. Bunlara portağal, banan, naringi və üzüm aiddir. Hazırda xaricə silah və təyyarə də satmaqdadır. Ticarətinin böyük hissəsini ABŞ, İngiltərə və Almaniya ilə edir.
Turizm
İsrail turizmi dinə əsaslanmışdır. Hər il İsrail bir çox yəhudi, müsəlman və xristian tərəfindən ziyarət edilir. Ölkədə Aksa məscidi, Ağlaşma Divarı kimi dini tikililər turistləri özünə çəkən məkanlardır. İsraildə sadəcə dini turizm yoxdur.Arxeoloji və tarixi abidələr də turist axınına məruz qalır. İsrailin mülayim iqlimi və çimərlikləri də turizm üçün əlverişli şərait yaradır.
Əhali
İsraildə 6.110.600 yəhudi yaşayır. İsrail əhalisinin 20.7%-i isə ərəblər təşkil edir. Son illərdən Rumıniya, Tailand, Çin, Cənubi Amerikadangələnlərin sayı artmışdır. Onların çoxunun bura gəlməsi qanunsuz olduğu üçün sayları dəqiq bilinmir.
1948-ci ildən İsrail çoxlu köç alır. Bu köçlər dünyanın bir çox yerlərində yaşayan yəhudilərin yerlərinin dəyişməsi ilə əlaqədardır. Amma son 10 ildə İsraildəki iş imkanları müxtəlif millətlərdən olan insanları ölkəyə cəlb etmişdir. 2012-ci ilin iyun ayına əsasən İsraildə 60.000 afrikalı yaşayır. İsraillilərin 92%-i şəhərlərdə yaşayır. 2011-ci ilə əsasən Şərqi Qüdsdə 250.000 nəfər yaşayır. Qolan təpələrində isə 20.000 nəfər məskunlaşıb.
İsrail özünü yəhudi adlandıran yeganə dövlətdir. Ancaq yəhudi olanlar və yəhudi soyundan gələnlər İsrail vətəndaşı ola bilərlər. İsrail əhalisinin sadəcə 4%-i yəhudi soyundan gələn, amma yəhudi olmayan insanlardır. Hazırda İsrail vətəndaşlarının 73%-i İsrail doğumludur. 18.4%-i Avropavə Amerikdan köç edən yəhudilərdir. Qalan 8,6%-i isə Asiya və Yaxın Şərq yəhudiləridir.
Dil
İsraildə ivritcə, ərəbcə və ingiliscə yol nişanı
İsrailin iki rəsmi dili var: İvrit dili və ərəb dili. İvrit ölkədə ən geniş yayılmış dildir. Ərəb dili isə ölkədəki ərəb azlıqlar tərəfindən istifadə olunur. İngilis rəsmi dil olmasa da, İsraildə bir çox yazılarda ingiliscədən istifadə edilir. Məktəblərdə də ingilis dili tədris olunur. İsraildə ingiliscə efir verən media quruluşlar mövcuddur. Bu dillərdən əlavə xaricilər də müxtəlif dillərdə danışırlar. 1990-1994-cü illərdə ana dilləri rus dili olan 1 milyon yəhudi Rusiyadan İsrailə köçmüşdür. 2004-cü ilə qədər 700.000 yəhudi Fransadan köçmüşdür. Xaricdən köçüb gələnlər ivrit dilini öyrənsələr belə, digər dillərdən istifadə edə bilərlər. Buna görə rus və fransız dilləri də sıx istifadə olunan dillərdir.
Din
1948-ci ildə yaradılmış İsrail dövlətində hakim din iudaizmdir. Onun ardıcılları bütün inanclı yəhudilərdir. Ölkədə 2 iudaizm sektası mövcuddur. Lakin onların ardıcılları çox azdır: karaimlər (12 min nəfər) və samaritlər (500 nəfərə yaxın). İnduistlərdən başqa İsraildə müsəlmanlar və xristianlar da yaşayır (İsraildə yaşayan ərəblərin 4/5 hissəsi islama, 1/5 hissəsi xristianlığa ibadət edir). Müsəlmanların əsas hissəsi müxtəlif məzhəbli sünnülərdir. Eyni zamanda burda druzlar da yaşayır (50 min nəfər). İsraildə xristianlıq bir sıra kilsələrlə təmsil olunur. Əksəriyyəti katoliklərdir. Bunlar əsasən Hayfa və digər rayonlarda yaşayan mel-kitlər (41 min nəfər), eləcə də latın ənənəli katoliklər (12 min nəfər) və maronitlərdir (6 min nəfər). Burada pravoslavlar (22 min nəfər), az sayda Yepiskopal kilsənin tərəfdarları (1000 nəfər), lüteranlar, presviteranlar, baptistlər, erməni-qriqoryanlar (900 nəfər), monofizit kilsəsinin tərəfdarları - Efiopiya kilsəsi və Kopt kilsəsi (700 nəfər) mövcuddur. Xristianların hamısı demək olar ki, böyük şəhərlərdə yaşayırlar.
Təhsil
Bar-İlan Univesiteti
İsrail məktəblərində təhsil 15 il davam edir. BMT-yə görə İsrail əhalisinin 97%-i oxuyub-yazma qabiliyyətinə sahibdir. 1953-cü ildən məktəblər 5 yerə ayrılır: normal məktəblər, dini məktəblər, ortodoks məktəblər, ictimai məktəblər və ərəb məktəbləri. İsrail əhalisinin çoxu normal məktəblərdə təhsil alır. İsraildə yaşayan ərəblər isə ərəb məktəblərinə gedirlər. Ərəb məktəblərində islam dərslərinin keçirilməsinə icazə verilir.
İsrailli məktəblilər məktəbə 3 yaşında başlayır, 18 yaşında bitirirlər. Univesitetə qəbul isə imtahanladır. Universitetə daxil olanlar təhsillərinə davam edirlər. İsraildə ibtidai təhsil, orta təhsil və lisey məcburidir. İngilis dili ibtidai siniflərdən tədris olunur. İbtidai siniflər 1-6-cı siniflərdən, orta təhsil 7-11-ci siniflərdən, lisey isə 12-15-ci siniflərdən ibarətdir. Liseyi bitirən məktəblilər Baqrut adlı imtahan verir və aldıqları dərəcəyə görə universitetə daxil olurlar. İmtahanda əsas suallar riyaziyyat, İvrit dili, mədəniiyət, fəlsəfə və tarix fənlərinə aid olur. Bu imtahanlar məktəbə görə dəyişmir. Dini məktəbi bitirən də Baqrut imtahanını verməlidir və imtahana dini suallar düşmür. İsraildə təhsil pulsuzdur və özəl məktəblər yoxdur. Bütün məktəblər dövlətə bağlıdır. İsrail universitetləri məzunlarına təmin etdiyi iş prespektivləri ilə məşhurdur. Qüds və Tel-Əviv Universitetlərini dünyanın ən yaxşı 100 universiteti siyahısına salınmışdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət