Slimfit
  1. TEXNOLOGİYA

İsrail bütün telefonları sındırmaq üçün proqram hazırlayıb: Hansı ölkələrə satacaq?

İsrail bütün telefonları sındırmaq üçün proqram hazırlayıb: Hansı ölkələrə satacaq?
Sakura

İsrail bütün telefonları sındırmaq üçün proqram hazırlayıb: Hansı ölkələrə satacaq?

İsrailin “Cellebrite” şirkəti mobil telefonlara giriş kodlarını sındırmaq üçün yeni avadanlıq buraxıb.

Şirkət iddia edir ki, onun vasitəsilə iPhone və iPad-in bütün modellərinə, Android sistemli bütün smartfonlara giriş mümkündür.

Bizimyol.info xəbər verir ki, yeni texnologiya “UFED Premium” adlanır. Bildirilir ki, bu texnologiya dünyanın 11 ölkəsinin, o cümlədən ABŞ, Kanada və Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün əlçatan olacaq.

Siyahıda Rusiya və digər post-sovet ölkələrinin olmadığı bildirilir.

Ancaq bir sıra ekspertlər yeni texnologiyanın İphone və iPad-ın son modellərinə giriş üçün kodu asanlıqla sındıra biləcəyinə şübhə ilə yanaşır.

“Formal olaraq, onlar bəyan edə bilərlər ki, bütün iPhone-ların kodunu sındıracaqlar. Ancaq axırıncı İOS versiyası olan yeni telefonların kodunun açılma sürətilə bağlı real texniki parametrlər haqda heç nə demirlər. Altı simvollu parolun tapılması illərlə çəkə bilər”, – “Group-IB”in kompüter kriminalistikası laboratoriyasının müdir müavini Sergey Nikitin BBC-yə bildirib.

Başqa bir ekspert Aleks Patsay BBC-yə deyib ki, iPhone-lara girişə imkan yaradan proqramların alqı-satqısıyla məşğul olan qara bazar var. Bu cür proqramlar milyonlarla dollaradır.

Ancaq bu proqramlar üzə çıxdıqca mobil telefon istehsalçıları da onlara qarşı əməliyyat sistemlərini yeniləyirlər: “Bu, sonsuz siçan-pişik oyunudur. Apple son vaxtlar təhlükəsizlik məsələlərinə çox diqqət yetirir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR