Slimfit
  1. DÜNYA

İsrail bu bölgədə antiterror əməliyyatına başladı

İsrail bu bölgədə antiterror əməliyyatına başladı
Sakura

İsrail bu bölgədə antiterror əməliyyatına başladı

İsrail İordan çayının qərb sahilindəki Tulkarm şəhəri yaxınlığındakı Nur Şəms fələstinli qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"İsrail ordusu, Sərhəd Polisi və Baş Təhlükəsizlik bölmələri Nur Şəms qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatına başlayıb, bu əməliyyat zamanı onlarla şübhəli şəxs dindirilib, 6 axtarışda olan şəxs saxlanılıb, hərbi texnika müsadirə edilib.

Əməliyyat zamanı İsrail hərbçilərinə partlayıcı atan terrorçular PUA vasitəsilə zərərsizləşdirilib. Hazırda əməliyyat davam edir",- məlumatda deyilir.

Qeyd olunur ki, İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə basqınları zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan 18 fələstinlini saxlayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR