İsrail Azərbaycanın arsenalında olan raketlərin nəyə qadir olduğunu göstərdi
“İsrael Aerospace İndustries” korporasiyası LORA operativ-taktiki raket kompleksinin uğurla sınaqdan keçirildiyini elan edib.
Bu barədə İsrailin “The Jerusalem Post” nəşri məlumat yayıb.
Nəşr yazır ki, yeni sınaqdan keçirilən iki ballistik raket dənizdəki hədəfləri uğurla məhv edib.
Onlardan biri 90, digəri isə 400 kilometr məsafəni dəqiq nişan alıb.
LORA operativ-taktiki raket kompleksi İsrailin istehsal etdiyi ən müasir silahdır.
2018-ci ildə bu kompleks Azərbaycan ordusunun silahlanmasına daxil edilib.
Raketlər düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub.
Azərbaycan bu silahın ilk və hələlik yeganə istismarçısıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət