Dərc edildi: Baxış sayı: 456
İsrail atəşkəsdən sonra Qəzzanı işğal edəcək?
İsrail ordusu (ÇAXAL) humanitar atəşkəsdən sonra Qəzzada döyüşləri böyük intensivliklə davam etdirəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki bu barədə İsrail müdafiə naziri Yoav Qallant deyib.
“Fələstin-İsrail münaqişəsinin hazırkı raundu humanitar fasilə ilə bitməyəcək. Əksinə, bu fasilə başa çatdıqdan sonra ÇAXAL bütün Qəzzada fəaliyyət göstərəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, 24 noyabrda qüvvəyə minən dördgünlük atəşkəs razılaşmasının daha iki gün uzadılacağı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət