Slimfit
  1. DÜNYA

İspaniyanın koronavirus vaksini haqqında məlumatlar oğurlanıb

İspaniyanın koronavirus vaksini haqqında məlumatlar oğurlanıb
Sakura

İspaniyanın koronavirus vaksini haqqında məlumatlar oğurlanıb

Çinli hakerlər İspaniyanın koronavirusa qarşı peyvənd hazırlayan mərkəzlərindən məlumatları oğurlayıblar.

Ens.az TED.az -a istinadən xəbər verir ki, krallığın Milli Kəşfiyyat Mərkəzinin direktoru Pas Esteban ölkədəki təcrid rejimi əsnasında haker hücumlarının artması barədə xəbərdarlıq edib və kiberhücumların səhiyyə və əczaçılıq kimi həssas sektorlara, koronavirusa qarşı peyvənd hazırlanması üzrə fəaliyyət göstərən laboratoriyalara qarşı, özü də təkcə İspaniyada yox, olduğunu açıqlayıb. 

İddia edilir ki, İspaniya ilə bağlı məsələdə kiberhücum Çindən həyata keçirilib.

Bununla belə, qəzetin mənbələri hansı məlumatların oğurlandığını açıqlamayıb. İspaniyanın Elmi Tədqiqatlar Ali Şurasının nümayəndəsi agentliyin məlumat oğurluğunu qeydə almadığını bildirib. Peyvənd üzərində çalışan digər üç mərkəzdə də mümkün kiberhücumlar barədə məlumat yoxdur.

İndi İspaniyada koronavirusa qarşı peyvənd hazırlanması ilə bağlı ona yaxın layihə var. İspaniya dərmanları insanlar üzərində hələ sınaqdan keçirilməyib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlarda sınaqdan keçirilir.

 

Paylaş

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR