Slimfit
  1. İDMAN

İspaniyalı futbolçu: 'Qarşıda 'Qarabağ'a qalib gəlməli olduğumuz matç var'

İspaniyalı futbolçu: 'Qarşıda 'Qarabağ'a qalib gəlməli olduğumuz matç var'
Sakura

İspaniyalı futbolçu: 'Qarşıda 'Qarabağ'a qalib gəlməli olduğumuz matç var'

“Bugünkü oyunumuz və qələbə hamımızın xoşuna gəldi. Ancaq sabahdan işə başlamalıyıq. Cümə axşamı Avropa Liqasında qalib gəlməli olduğumuz matç var. Bərpa olunaraq, bu görüşə hazırlaşmalıyıq”.

Report” “Marca”ya istinadən xəbər verir ki, bunu UEFA Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Sevilya”nın futbolçusu Xoan Xordan Moreno İspaniya La Liqasının XIV turunda səfərdə “Valyadolid”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

25 yaşlı ispaniyalı yarımmüdafiəçi 3 xalı böyük çətinliklə əldə etdiklərini vurğulayıb: “Oyuna nəzarət etsək də, son dəqiqələrdə azlıqda qaldıq. Buna rəğmən qalib gəldik. Üç xal götürdüyümüz üçün şadam. Səfərdə oynadığımız zaman rəqibin təzyiq göstərəcəyini bilirik. Tempi öldürmək baxımından çatışmazlıqlarımız aşkar görünürdü. Komandamızın bütün turnirlərdə mükəmməl çıxış etmək imkanı var. Meydanda hansı futbolçunun yer almasından asılı olmayaraq, komanda çox yaxşı təəssürat bağışlayır. Bu cür davam etməliyik. Liderlər sırasında yer alsaq da, çempionat uzun yoldur. Hələ heç nəyə nail olmamışıq”.

Cari mövsümdə rəqib meydanlarında keçirdiyi 8 oyundan (5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) 16 xal toplayan Andalusiya təmsilçisi ən yaxşı səfər komandasıdır. Xordan Moreno bunun yaxşı xəbər olduğunu bildirib: “Bu, bizim üçün motivasiya olmalıdır, rahatlaşmamalıyıq. İnkişaf etməliyik. Topla bizdə hər şey yaxşıdır. Ancaq topsuz daha çox qaçmalıyıq”.

Yeri gəlmişkən, “Sevilya”nın kapitanı Xesus Navas matçın 89-cu dəqiqəsində zədələnərək yerini Nemanya Qudelə verib. Baş məşqçi Xulen Lopetegi oyundan sonra 34 yaşlı yarımmüdafiəçinin durumu ilə bağlı bunları söyləyib: “Həkimlər onu müayinə edirlər. Deyəsən, zədəsi ciddi deyil. Vəziyyətinin yaxşı olduğunu dedilər”.

“Sevilya” hazırda 27 xalla 3-cü sıradadır. Lopeteginin rəhbərlik etdiyi kollektiv ilk iki pilləni bölüşən “Barselona” və “Real Madrid”dən 1 xal geri qalır. Lakin sözügedən komandaların ehtiyatda öz aralarında oyunu qalıb.

Qeyd edək ki, Avropa Liqasında V turun “Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR