Slimfit
  1. AZƏRBAYCAN

İspaniyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin həllini regiondakı qüvvələrin müdaxiləsi çətinləşdirir"

İspaniyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin həllini regiondakı qüvvələrin müdaxiləsi çətinləşdirir"
Sakura

İspaniyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsinin həllini regiondakı qüvvələrin müdaxiləsi çətinləşdirir"

"Dağlıq Qarabağ münaqişəsinin həlli regiondakı müxtəlif qüvvələrin müdaxiləsi üzündən çətinləşir".

Bunu “Report”a beynəlxalq siyasət üzrə ekspert, İspaniya Kral Elkano İnstitutunun təhlilçisi İqnasio Molina deyib.

O deyib ki, bu regionda Rusiyanın nüfuzu nəzərə alınsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq birliyin daha çox səy göstərməsini gözləməyə dəyməz.

“Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağın “müstəqilliyi”ni heç kim tanıya bilməz, bunu hamı gözəl başa düşür. Bu məsələdə Azərbaycanın mövqeyi möhkəmdir və beynəlxalq hüquqa görə haqlıdır”, - ekspert vurğulayıb. 

İ.Molina Dağlıq Qarabağdakı erməni separatçıların heç bir hüquqi əsas olmadan yekcins, monoetnik toplum yaratmağa can atdıqlarını, başqa millətlərlə yanaşı yaşamağı ağıllarına belə gətirmədiklərini diqqətə çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR