Dərc edildi: Baxış sayı: 486
İspaniyada son sutka ərzində 48 nəfər koronavirusdan ölüb
Son sutka ərzində İspaniyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 48 nəfər olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi məlumat verib.
Son beş gün ərzində ölənlərin sayı yüz nəfərdən az olub.
Ümumilikdə pandemiya başlayandan indiyə qədər isə 27940 nəfər yeni növ koronavirusdan həlak olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət