Dərc edildi: Baxış sayı: 504
İspaniyada bütün hotellər bağlanır
İspaniya hakimiyyəti koronavirusla mübarizə proqramı çərçivəsində ölkə ərazisində turistlərin yaşadığı bütün hotel və digər obyektləri bağlayacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə rəsmi hökumət qəzetində dərc edilmiş fərmanda qeyd olunub.
Hotellərin bağlanması yalnız müştərilərin olmadığı vaxtda baş verəcək.
Qeyd edək ki, çərşənbə günü Xarici işlər naziri Arança Qonsales turistləri ölkəni tərk etməyə çağırıb və İspaniya hakimiyyətinin onlara yardım edəcəklərinə dair söz verib.
Mənbə: qafqazinfo.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət