İspaniya yığmasının baş məşqçisi: 'Azərbaycan millisi qeyri-müəyyən komandadır'
"Azərbaycan millisi ilk dəfə seçmə mərhələdə iştirak edir. Rəqib israrlı, üzərində yaxşı işlənilmiş, qeyri-müəyyən və təcrübəsiz komandadır. Hər şeyin yaxşı olacağını düşünürük".
"Report" notimerica.com saytına istinadən xəbər verir ki, bunu İspaniyanın futbol üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Xorxe Vilda evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri 2021-ci il Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Həmyerlisi Patrisiya Qonzalesin uzun müddət Azərbaycanda çalışdığını xatırladan 38 yaşlı mütəxəssisin sözlərinə görə, inkişaf etmək üçün komandasının qarşısına yülksək hədəflərin qoyulduğu seçmə mərhələ barədə düşünməlidirlər: "Seçmə mərhələdə mübarizəyə başlamağı səbrsizliklə gözləyirik. İnsanların dəstəyini, eyni zamanda gözləntilərini hiss edirik”.
Qeyd edək ki, Çexiya, Moldova və Polşa ilə birgə D qrupunda yer alan İspaniya və Azərbaycan milliləri seçmə mərhələdə ilk oyunlarını keçirəcəklər. Oktyabrın 4-də La Korunyadakı "Estadio Municipal de Riazor"da baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət