Slimfit
  1. DÜNYA

İspaniya Ukraynaya görə Macarıstanı cəzalandırdı

İspaniya Ukraynaya görə Macarıstanı cəzalandırdı
Sakura

İspaniya Ukraynaya görə Macarıstanı cəzalandırdı

İspaniya hakimiyyəti Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna böhranına yanaşması ilə əlaqədar “Talgo” vaqonqayırma şirkətinin Macarıstanın maşınqayırma konsorsiumu “Ganz Mavag”a satışını əngəlləyib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə proseslə tanış olan mənbələrə istinadən “Faynənşl Tayms” məlumat yayıb.

“Ganz Mavag” bu ilin mart ayında müqavilə üçün ərizə təqdim edib. Madriddə onu nəzərdən keçirərkən konsorsiumun Macarıstanın qatar istehsalçısı “Magyar Vagon”un investisiyalarından asılı olduğu məlum olub. O isə öz növbəsində, Macarıstanın MOL neft şirkəti tərəfindən idarə olunur. Sonuncunun Rusiya ilə əlaqələri var, o cümlədən Ukrayna ərazisindən keçən “Dostluq” (Drujba) kəməri ilə daşınan Rusiya neftinin alıcısıdır. Digər avropalı diplomatlar əvvəllər MOL-un Moskva ilə əlaqələrindən narahat olduqlarını bildiriblər. Nəticədə İspaniya “Talgo”nun Ukraynanın bərpasına və AB ilə dəmir yolu əlaqələrinin möhkəmlənməsinə kömək edə biləcəyini nəzərə alaraq müqaviləyə veto qoyub. Şirkət Macarıstanla sazişlərə getsə, o zaman maneələr ola bilər”, - məlumatda deyilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR