Slimfit
  1. GÜNDƏM

İspaniya Prokurorluğu dünya çempionunun azadlıqdan məhrum edilməsini istəyir

İspaniya Prokurorluğu dünya çempionunun azadlıqdan məhrum edilməsini istəyir
Sakura

İspaniya Prokurorluğu dünya çempionunun azadlıqdan məhrum edilməsini istəyir

İspaniya Prokurorluğu "Real Madrid"in sabiq futbolçusu Xavi Alonsonun 2.5 il azadlıqdan məhrum edilməsini istəyir.

"Report" "France Presse"ə istinadən xəbər verir ki, 38 yaşlı sabiq yarımmüdafiəçi 2010, 2011 və 2012-ci illərdə vergidən yayınmaqda şübhəli bilinir. 

Prokurorluğun məlumatına görə, Alonso İspaniya xəzinəsinə 2 milyon avrodan çox borclu qalıb. İttihama görə, o, imic hüquqlarından əldə etdiyi gəlirləri gizlədib. Hazırda Madriddə məhkəmə iclası keçirilir.

Daha öncə prokurorluq Alonsonun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, İspaniya millisinin sabiq oyunçusu 3 milyon avro ödəyib və ittiham tələblərini yumşaldıb. Məhkəmə bir neçə həftə ərzində məhkəmə qərar çıxaracaq.

Qeyd edək ki, Xavi Alonso İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" klublarının da formasını geyinib. O, İspaniya və İngiltərə təmsilçilərinin heyətində UEFA Çempionlar Liqasını qazanıb. Sabiq yarımmüdafiəçi İspaniya yığmasının heyətində iki dəfə Avropa çempionatının (2008, 2012), bir dəfə isə dünya çempionatının qalibi olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR